Sən nə mötəbərsən, ay ala pişik,salam, hacı pişik, kərbəla pişik!Deyirlər, Məhəmməd Əleyhissəlam,oyadıb, yuxuna qatmayıb haram.Kəsib çuxasının bir tərəfini,qoruyub sənin də şan-şərəfini.İndi televizor sənə yer verir,yeyib gərnəşirsən, onu göstərir.Bığını yalayıb tumarlanırsan,xumar qucaqlarda xumarlanırsan.O hansı şöbədir, belə şən keçir? –bizimki ədəbi şöbədən keçir.

Şeir demək üçün bir imkan olmur,miyoldamaq üçün doyunca, buyur!Pişiklər səsinə qulaq asacaq,mənə miyoldamaq öyrətmə ancaq.

yanvar, 1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern