Baxta-baxtdı
Gördüyümü mən görmüşəm,yaxşı-yaman baxta-baxtdı.Dünya durur, biz dururuq,doğru, yalan baxta-baxtdı.
Yer qazırsan, daşa çıxır,birdən əlin boşa çıxır.Nadan gedir başa çıxır,aqil, nadan baxta-baxtdı.
Ləkə yaxan ləkə yaxır,görən görür, baxan baxır.Biri enir, biri qalxır,enən, qalxan baxta-baxtdı.
Yuxarılar coşar-çağlar,aşağılar susar, ağlar.O toy elər, bu yas saxlargedən, qalan baxta-baxtdı.
Nə şirindi söhbətimiz,göz mehriban, ürək təmiz.Baxta-baxtdı niyyətimiz,sənə qurban, baxta-baxtdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-baxta-baxtdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
TapmadımEy ağalar, bəylər, cəm olan xanlar,Nalım kimi ah u zarı tapmadım,