Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax,Munca kuhi Bisütuni-bərqərarın fikr qıl!
Gah qırağında qərar et, mövc edən dəryanı gör,Gah dərya içrə əyləş, həm kənarın fikr qıl!
Əbrü badü bərfü baranın qamusun qıl xəyal,Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl!
Gah dərdü qəm verir könlə, gəhi zövqü sünır,Gündə yüz gunə dalanan ruzigarın fikr qıl!
Dövlətü mal ilə nadan dəstini qılmış fəraq,Təngdəst etmiş cahanda huşyarın, fikr qıl!
Demə kim, quşlar həvadə pər ilə pərvaz edər,Yerdə xoş rəftar edən bipay marın fikr qıl!
Kimsə baş açmaz xudanın etdiyi əfaldən,Sirrinə yetməz fərasət ruyi-karın fikr qıl!
Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə,Leyk anı bilməyə qəlbinin qubarın fikr qıl!
Fikr qılma kim, görüm dünyada ol ayinəni,Hiç kəs görməz bu gün, bəs, razi-yarın fikr qıl!
Öylə pünhandir ki, pünhanlıqda olmuşdur əyan,Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl!
Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər,Əmrinə eylə itaət, zicrü narın fikr qıl!
Maqta — the closing couplet bearing the poet’s pen name. Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr,Etibar etmə cahana, etibarın fikr qıl!
Kitabxana.az · https://kitabxana.az/en/works/salik-ey-xudani-fikr-eden-gel-kuhsarin-fikr-qil
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.