1. Sabah gələsiydi
İri, mavi gözlərində çəhrayı eynək,sarı, tüklü əllərində yazı var idi.Sinəsində sağlam ruhlu xəstə bir ürək,bir ürəkdəmin ürəyin sözü var idi.
Bir də dümağ həb var idi dilinin altda,gərək o nə danışaydı, nə də dinəydi.Gərək bir az uzanaydıo, susmuş halda,gərək o nə qəmlənəydi, nə sevinəydi.
Divan üstə süfrə kimi açıq sərilən,“Humanite” qəzetinin bir nömrəsiydi.Masa üstə makinanın türk əlifbası,bir də çoxlu ağ vərəqlər gözümə dəydi.
Biz görüşüb-qucaqlaşdıq ata-bala tək,o üzündən, bu üzündən doyunca öpdüm.O da öpdü saçlarıma sığal çəkərək,yanağında seyrək tüklü bir xal da gördüm.
– Şəkərim, nə yapıyorsan, de, yakşımısan?– Mən yaxşıyam, çox sağ olun, – dedim Nazim canİşlərim də yaxşı gedir, ev-eşik də var,hələ evdə necə deyər... bir beşik də var.Nazim güldü, mən utandım.– Ha, bir bana bak!Niyə susdun? –sevincimdən susmuşdum, ancaqnə deyəydim, heç özüm də bilmirdim düzü.Ah, necə də doğma idi onun dost üzü!
– Evinə bən gələcəyəm qonaq kibi yok,öz evimə gələn kibi...– Gəl, – dedim Nazim.Gəl ki, səndən yadigardı o ev, o otaq,gəl ki, bir yol mən səninlə duz-çörək kəsim.
Qulaq asdı ürəyində başqa bir maraq,duydu mənim sevincimi, mənim qəlbimi.Nazim sabah gələsiydi... mən evdə ancaqNazim ilə danışırdım səhərə kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-1-sabah-gelesiydi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Gərçi tutub aləmi şurişü qövğayi-eşqGərçi tutub aləmi şurişü qövğayi-eşq,Yoxdu cahanda vəli mən kimi rüsvayi-eşq.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.