“Qız qalası” həqiqətdir,əfsanə yox!Bu əfsanə xəyanətdir,əksinə yox!Azərbaycan torpağında,ola bilməz dillər töksün,ya diz çöksün,ata qızı qabağında.Öz qızına, balasına,doğma ciyərparasına“Sevgilim ol”, “arvadım ol” desin ata.Bu ləkədir həm ataya, həm övlada.Bu ləkədir mənim üçün,sənin üçün,onun üçün, –bəşər üçün.Namərd özü ləkəlidir bu şər üçün.Düşmənin söz ləkəsidir, ədavətdir.Amma adı əfsanədir,rəvayətdir.Onun adı,Qız qaladı! –Bu torpağın qızlığıdır,bakirədir!Dəyə bilməz düşmən əli, nəkarədir!Mən şairəm –bu millətin oğlu mənəm.Mən atayam –qız atası, haqlı mənəm.

Yansın düşmən, haqsız odur,yalan odur!Qız qalası saxlayıb öz qızlığımı,durur yenə,qalan odur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland