Görünür
Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.Hər sözün, söhbətin öz məqamı var,Çürüyü görünür, sağı görünür.
Bir barlı baqçaydım, barım kəsildi,Vaxtsız xəzan əsdi, karım kəsildi.Vətənimdən etibarım kəsildi,Qürbət ellər mana yağı görünür.
Növrəs İman haqdan istər payını,Dərdə düşsün muxənnəti, xayını;Yemə çörəyini, içmə çayını,Namərd süfrəsində ağı görünür.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-gorunur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)
Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
MənimAğbaba deməsəm dilim lal olar,Çıxarmı yadımdan Ağbabam mənım?
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.