İllərim arxada qaldı,arxada qan-qada qaldı.Əkdim-biçdim yada qaldı,doğma torpaqlar, ay haray.

Kol dibində bənövşələr,dağlara qalxan meşələr!Gedən oğullar, kişilər,sönən ocaqlar, ay haray.

Düşmən aldı solu-sağı,kar olsun yerin qulağı.Şuşada İsa bulağı,yenəmi qaynar, ay haray.

Ay Qubadlım, Kəlbəcərim,hardasan Nəbim, Həcərim!Dindirmə çölüm, içərimod tutub yanar, ay haray!

Füzulidən Cəbrayıla,şəhid oğullar ayıla.Qışqıram, səsim yayıla,bata qulaqlar, ay haray.

Yandı Ağdamın ağ daşı,köhnə yurdun ocaq daşı.Ağdamın Qarabağ yaşı,o köklər, soylar ay haray.

Müsibət oldu Xocalı,hacıleyləklər uçalı.Yandı cavanlı, qocalı,mərdlər, qoçaqlar ay haray.

Zəngilanda zəngi tutun,at minin, üzəngi tutun.Bir Koroğlu cəngi tutun,tərpənsin dağlar, ay haray.

Tovuz, Qazax, Ağstafa,Sədərək çox çəkdi cəfa,

Ermənini qova-qova,ölümlə oynar ay haray.

Od içindən keçə-keçə,Laçını da verdik heçə.Bir gözüm gülər beləcə,bir gözüm ağlar, ay haray.

20 aprel, 1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets