Saçlarımın rəngindədir gödəkçəm,yarı bozdu, yarı qara, yarı ağ.Təbiət öz saydığını sayacaq.Bir ömürün fəsilləri qarışmış, –yarı yazdı, yarı payız, yarı qış.

Uzaqdımı, yaxındımı mənzilim,mən dağ qalxdım, dağı aşan kimiyəm,dünya gördüm, dünyalaşan kimiyəm,bələd oldum hər üzünə həyatın,gecəsinə, gündüzünə həyatın.

Bir az möhlət istəyirəm ömürdən,nə qədər ki, bu dünyada biz varıq,bu dünyanı yaşadarıq, yaşarıq, –sən olarsan, mən olaram – ikimizhəyat şirin, dünya gözəl, sən əziz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets