Şair dostum Şahmar Əkbərzadə soruşdu ki, Çoban Əfqan adlı adam tanıyırsanmı? Yuxuma girmişdi, dedi Nəriman məni niyə unudub? Ona şairlik ilhamı vermişəm. Eyni yuxunu altı yaşımda ikən anam görmüşdü, o da bu sözləri mənə demişdi. Nəhayət, 1955-ci ildə onun şeirlərini dillərdən toplayıb ayrıca kitab şəklində çap etdirdim. İyirminci illərdə vəfat edib. Bizim Ağstafa rayonumun Qıraq Kəsəmən kəndində yaşayıb.Müəllif

Qazax, Ağstafa məskənin oldu,sən orda kimiydin, ay Çoban Əfqan!Aşığın dilində söz sənin oldu,bir sarı simiydin, ay Çoban Əfqan.

Sürü qabağında, çomaq əlində,Kəsəmən kəndində, Kür sahilində.Dayısız, əmisiz yaxın gələndə,dayıydın, əmiydin, ay Çoban Əfqan.

Mənə Çoban Əfqan bir salam deyib,gah dostun çatdırıb, gah anam deyib.Şairlər ölmürlər, mən sağam, – deyib,Tanrı qədəmiydin, ay Çoban Əfqan.

Xan xana can deyir, yenə bəy bəyə,kasıb namaz qılır üzü küləyə.Tək qalıb yalvarır yerdə fələyə,təkin həmdəmiydin, ay Çoban Əfqan.

Sən mənə dərd verdin ilham əvəzi,nədir, sonra bildim dərdin töhfəsi.Allah vergisiydin, Allah bəndəsi,bir sinə qəmiydin, ay Çoban Əfqan.

Şair yox, Nəriman, şair təkilər,ayağa düşəndə başa çəkilər.Səni də unutdu vətəndəkilər,nə baxtı kəmiydin, ay Çoban Əfqan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love