Mənim taleyimi yazan ayrıdı
Sənə neyləmişəm it cənabları,qızışıb hürürsən məni görəndə.Sən ki, tanıyırsan yazıçıları,bu köhnə binada oluram mən də.
Azadlıq yolunda mən can qoymuşam,Onsuz da danışıb dinmirəm, ay it.Niyə sən rahatsan, hürürsən müdam,Mən rahat yaşaya bilmirəm, ay it.
Bilirəm, heç kimi oxumamısan,bir həyat sürürsən həyətdə sakit.Mənim də şerimi oxumamısan,axı, it dilində yazmıram, ay it.
Sənin nəzərində yəqin adiyəm,sənin tərəzində mizan ayrıdı.Mən diri Cavidəm, diri Hadiyəm,mənim taleyimi yazan ayrıdı.
Hür, hür qoy açılsın bir az nəfəsin,hür, qana batınca o diş, o ağız.İnsan it cildinə gərək girməsin,biri var, necə də oxşayırsınız.
Burda mən dözürəm, orda din, Allah,dilimdə saitlər samitə dönür.Mənə nə verdinsə, sən verdin Allah,niyə bəndələrin bəs itə dönür?!
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-menim-taleyimi-yazan-ayridi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idimYer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.