Evdə girovdu gəlin.tərəddüdlər içində.Səadət üzündədi,amma qəhər içində.

İndi “yox!” deyə bilmirbir “hə”nin müqəssiri.O, ərinin əsiri,mən əsirin əsiri.

Onunku ola bilmir,mənimki ola bilmir.Bu evə gələ bilmir,o evdə qala bilmir.

Bir kəbin kağızıyladustaq bir mələk qalıb.Bir alın yazısıylaikilikdə tək qalıb.

Dünya qan ağlayanıaxırda qana verir.Evi – İbn Salama,çölü – Məcnuna verir.

Ehey, şair Nəriman,biznes əsridi, qoçaq.Məhəbbət ağlayacaq,şairlər ağlayacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice