Fələstinli şair Mahmud Dərvişə

Vətənsizdi Mahmud Dərviş,ürəyində bu dağ gəlib.Şair uzaq bir diyardanqonaq gəlib.Gəlib şeir günlərinə,Sarayevo şəhərinə.Dünya onun nəzərindəFələstindi,şəhər – kürsü.gözlərində –taleyindən umu-küsü.Fələstinin faciəsi.hiss etməyə, ya duymağanə var, Dərviş,vətəni yad tapdağındaolan kəsi.Ondan ünvan istəyirlər,yaz-deyirlər.Elə bil ki,toxunurlar yarasına.Bulud gəlir

ilhamının səmasına.Durub baxır,gülümsəyir həzin-həzin.Eh, neyləsin.Sığal çəkirqara, şəvə saçlarına.Şeir deyir gülümsəyə-gülümsəyə,yana-yana.Ürəyimə tufan salırod nəfəsi.Sevincin nə tərcüməsi,Mahmud Dərviş,ya dərdin nə tərcüməsi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets