Sən uca boyunu şax tut, şax dayan,dost var, dost yanında düşmən var qərəz.Amma ucada dur sən öz boyundan,şəxsiyyət olmasa,boy da görünməz.

Şax yeri, görünsün qoy o ucalıq,boyunu əlborcu almamısan ki?!Adam var, gödəkdir, başı dik qalıb, —özündən bayıra boylanır sanki.

Xətrinə dəyməyib təbiət sənin,sümüyə çəkibsən, bundan sıxılma.Sən atan Nəriman Həsənzadənin,çalış davamı ol, təkrarı olma.

Mənim də taleyim çox həssas deyil,nə bilim, elə hey məni sınardı.İnanma, desələr boy əsas deyil,kola-kol deyiblər, çinar çinardı!

Bir şeyi unutma: uca, ya qısa,boyların içində boynunu axtar.Arxadan vurulur arxasız olsa,cismani boylar yox, mənəvi boylar.

Mənim düşmənim var, dostum var, ancaqsənsiz qazanmışam səndən ötəri.Düşmənim rastına özü çıxacaq,dostdan özün öyrən xəbər-ətəri.

Kitaba öyrəşdin, həyata öyrən,enişi, yoxuşu var ömrün, oğlum.Sınma cenazəmin altına girsən,orda da şax yeri, şax görün, oğlum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets