Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.Müəllif

Hacı bu millətin əl tutanıydı,çörək verəniydi, oxudanıydı.Millət atasıydı millətin oğlu,indi sahib çıxır hər itin oğlu.

Əl tutan olmadı dünən, qızına,“küçələr qızı”na dönən qızına.İndi heykəl qoyub deyirlər: Yaşa!millət hörmətini bildirir daşa,Qızını öldürüb, daşa əl çalır,tarix Zəmanəyə məəttəl qalır.

Əlində çamadan görmüşdüm onu,Hacı atasının sənədləriydi.Vətən tanımırdı vətən oğlunu,boynu sınmışlara boyun əyirdi.

Kürsüdə keçmişdən dad çəkir millət,yadıma Hacının o qızı gəlir.Öldürüb, fəxrlə ad çəkir millət,baxıram, özümə yazığım gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland