Dilimiz
Nisgillinin ürəyindən
Apardı dərdi dilimiz.
Xəstənin, naəlacına
Dərmanın verdi dilimiz.
Bir sözü yüz mənalıdır,
Gör necə sirdir dilimiz.
Mətahını ucuz satma,
İncidi, dürdü dilimiz.
Məclis qurdum oba-oba,
Donluq verib donladılar.
Dolandım Bəsrə-Bağdadı,
Salam verdim, anladılar.
Gəzdim İranı, Turanı,
“Qardaş” -deyib, yanladılar,
Osmanlıda türkü dedim,
Gördülər birdi dilimiz.
Bənzədibdi Aşıq Alı
Ləfzidə bülbülə onu.
Oxuyuban avaz ilə,
Tanıdar hər elə onu.
Toxunan olsa bəndində,
Qərq eyləyər selə onu.
Daşanda görmə üzünü,
Arazdı, Kürdü dilimiz.
- “Kommunizm yolu” qəzeti, 14 iyul 1983-cü il.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-dilimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,