Səs ver Bakıya, Təbriz
Sənə qurban Azərbaycan,özün özünə qənimsən.Baxma mənə yad gözüylə,mən səninəm, sən mənimsən.
Sən pələngsən, Azərbaycan,tülkülərdi yanın-yörən.Tanıyıbdı onlar səni,bir az da sən tanı, öyrən.
Layla çalıb yatızdırır,düşmənlərin axşam-səhər.Millət qalıb ayaq altda,yata bilməz qoç igidlər.
Tarix səndə, zəka səndə,var səndədir, dövlət səndə.Ən qədim dağlar, dərələr,ad səndədir, hörmət səndə.
Yadda saxla sözümü,unutmasın nəsillər.
¹ Təbriz Universiteti
Məğrur millət döyüşər,məzlum millət əzilər.
Öyrən nifrət etməyi,gör, o nədən başlayır.Bəlkə milləti sevmək,bu nifrətdən başlayır?!
Qulaq asma natiqə,yatızdırır, sən ayıl.Adı sənin olsa da,dili səninki deyil.
Danır o səni, məni,üzündə qara ləkə.Azərbaycan var oğlum,yeddi milyon bir ölkə!
Neçə ki, əldə silah,başda ağıl var, oğlum;vuruşsun millət gərək,yoxsa, yox olar, oğlum.
Yoxsa öz torpağındabu millət günü qara, –xörək paylayan olar,bu fars qurumsaqlara.Çay dəmləyən, aş süzən,söz aparıb-gətirən,mən varam deyə-deyə,mənliyini itirən,özgənin tarixiyləfəxr eləyən kimsəsiz.Vuruşur şanlı Bakı,SƏS VER BAKIYA, TƏBRİZ!
Tehran, 13 fevral, 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-ses-ver-bakiya-tebriz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Ötdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Baba yurdBu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.