Səndən ötrü çəkilibo sərhəd dirəkləri,məftillər, Azəroğlu.Necə narın şumlanıbo ləklər, Azəroğlu.Səndən ötrü qoyulubsərhədçi butkaları,o gur işıq selləri,o xətlər, Azəroğlu.Sahillər dayanıbdısəndən ötrü üz-üzə,Birdən kefin istəyəradlayarsan o üzə;birdən külək olarsan,tikanlı məftillərikeçərsən, Azəroğlu.Arazı ovuc-ovuciçərsən, Azəroğlu.Sən nə qorxulu düşmən,nə böyük qəhrəmansan.

Sən axı, sadə, həlim,sən axı, mehribansan,şairsən, Azəroğlu.Niyə qorxuya düşübbu qədər yağı, səndən?Sərhədin dirəkləri,məftili özgədəndi,daşı-torpağı səndən,Eh, daşı! – Azəroğlu.Qatar gedir, hardasan,qardaşım, Azəroğlu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets