Ramiz Mirişli bəstələmişdir

Gəldin görüşümə arabir yenə,çıxmadın sözündən yox deyə-deyə.Həyana getdinsə, yolun bir oldu,getmədin gözümdən yox deyə-deyə.

Bəlkə məhəbbətin hökmü belədir,incidin arabir, küsdün arabir.Bildin ki, sədaqət ürəyimdədir,qayıtdın yenə sən yox deyə-deyə.

De, niyə dolaşdı ağzında sözün,özün tutduğuna mat qaldın özün?Dolandı qolların boynuma bir gün,öpdün də üzümdən yox deyə-deyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets