Əsa götürmə
“...çəkilmişəm qınıma.... qorxuram mən, –yalan desəm Tanrıdan,doğru desəm bəndədən”.B.Vahabzadə
Sən belə demədin bir zaman şair, –başında şimşəklər çaxanda belə!Qırx il sətiraltı qışqıran şair,susarmı səngərdən qalxanda belə?!
Bəndənin evini yıxdı yalanlar,o başa düşmədi faş olanacan.Özün deyirdin ki,heykəl olanlardaşa basılıblar daş olanacan.
Qoy daşa bassınlar, o daş arxadır,zirvənin himnini tufanlar deyir.Qartal – ildırımla əlbəyaxadır,yerdə – çəyirtkəni sərçələr yeyir.
Şair qəsddən ölür, əsgər güllədən,neyləmək, talelər başqadır, şair.Əsgəri sağaldıb yaşadan vətən,şairi öldürüb yaşadır, şair.
Almaz İldırıma Bakıda heykəl! –millət gah ağ deyir, gah qara yazır.Adını hər yerdən qaralayan əlindi hər qapıya, divara yazır.
Mənə “qəbahətin” birtəhər gəlir,görüb namərdləri çox köks ötürmə.Üstünə qalxanlı gürzələr gəlir, –əldən qılınc verib, əsa götürmə.
aprel, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-esa-goturme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
ای دل من نگین تو مهر تو مهر آن نگینعمر شد و نمیرود نقش تو از نگین من
Vurar məşşatə şanə türreyi-cananə hərdənbirVurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.
Küpəgirən qarının qızlara nəsihətiQarı nənənin sözlərini sanma çərəndir,Canım, gözüm, ay qız!