Dəvə, susma
Dəvə, sənin dəvə yükün ağır oldu,açılmadı orda düyün,ağır oldu.Yazıq, bəlkə uca boyun,böyüklüyün ağır oldu?!Ovsarını bağladılarbir eşşəyin quyruğuna,tapşırdılar müntəzir ol buyruğuna.Yəni bir az üzüyola,bir az lal ol,əhli-hal ol.Ya əllərdə bir alət ol,yəni bir az,bir az eşşəkxasiyyət ol.O, qalxanda diz çökdüyün,baş əydiyin,yerə yatıb bel bükdüyün,dayananda dayandığın,oyananda oyandığın,danışmamış eşitdiyin,cənnətdiyin, behiştdiyinqoca Sarvan!Çıxdı heçə-puça Sarvan.Bir halallıq istəyir oindi ölüm ayağında.O baş əyir, o diz çökürgəlib sənin qabağında.O bilmədi qədirini, qiymətini.O bilmədi ağır olurdəvə kini.Dəvə, indi o mütini bağışlama.Bir eşşəyin yedəyinə verdi səni,bağışlama.Mən yalvarsam, dəvə, məni bağışlama.Səndən vətən xahiş etsə,
o vətəni bağışlama.Dəvə, susma.Mən uduzdum bağışlaya-bağışlaya,sən uduzma.Dəvə, susma.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-deve-susma
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Gəlsin, gəlməsinSəba, məndən söylə o gülüzara,Bülbül gülüstanə gəlsin, gəlməsin?
Mənim protestomCəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,