Yanında baldızı, nəzarətçisi,boynunda, qolunda qiymətli daşlar!Tale görüşdürdü qəfildən bizi, –yaxşı ki, dünyada taleyimiz var.

Tanıyan o idi, tanımayan mən,ah, onun həyata sualı nəydi?!Bir şeyi bilmədim, – nəzarət hökmənüstəki daş-qaşa, ya özünəydi.

Zəncir biləyində xalis qızıldan,üzük barmağında başqa bir ovsun.Qandal eşitmişdim,amma heç zaman,qandal görməmişdim qızıldan olsun.

Soruşmaq istədim mən onu ondan,gördüm ki, özü də məəttəl qalıb.Mənim əzizimdən, mehribanımdanyad baxış,yorğun səs,soyuq əl qalıb...

Budurmu xoşbəxtlik, yaxud səadət,budurmu dünyanın ağız ləzzəti?!Almazın, yaqutun içində fəqətmən ağlayan gördüm bir məhəbbəti.

Əzizdir hər kəsin eşqi, niyyəti,Hər qəlbin ilk sözü bir ünsiyyətdir.Kişinin ən böyük mədəniyyəti, –bəlkə də qadına münasibətdir.

Bir müdrik misalı gətirdim yada,sən də ər evində bir az ayıq ol.Qızıl basdırılır, çıxarılır da,insan basdırılır torpağa bir yol.Bir az ayıq ol.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets