Yoxdu əvəzin, ey könül
Çox yalvardın, az eşitdi,daha nə desin, ey könül.Səndən qeyri yalan şeydi, –yoxdu əvəzin ey könül.
Taleyimə bir gün düşüb, –bağlayıblar, düyün düşüb.Hamı evdən sürgün düşüb,batıbdı səsin, ey könül.
Qaralmasın od nəfəsin,gəlməyən gəlmir, gəlməsin.Buna bir bəndə neyləsin,Allah neyləsin, ey könül.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-yoxdu-evezin-ey-konul
Use ← → keys to move, R for a random poem