Çəməndə təzə gül bitib,bu yer köhnə bağ yeriymiş.Dünya bir pəncərə deyil,dünya yaşamaq yeriymiş.

Sən ey gözəllik tanrısı,nə xoşdur ömrün mənası.Sənin qolların arası, –küsüb-barışmaq yeriymiş.

Gəlib çıxmırsan xeyli var,demirsən bir gileyli var.Əhmədlidən gələn yollarnə yaman uzaq yer imiş...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring