Könlümün nuru, canım ana,Böyütdün sən məni yana-yana.Odlusan gün kimi, bir qaynar həyat kimi,Borcluyam mən sənə, sənə bir övlad kimi,Əziz ana.

NəqarətNə ki arzu kamın var,Qəlbimdə tutmuş qərar.And olsun sana, can ana.Qədrini el bilir, ətrini gül bilir,Saçının ağına, qarasına qurbanam.Könlünün o həzin laylasına qurbanamƏziz ana.

Beşiyim üstə layla çaldın,Gecələr sübhədək qadamı aldın.İsti nəfəsini həmişə yaz bilmişəm,Olub ki, mən sənin qədrini az bilmişəm,Əziz ana.

Niyyətin xoşdur, safdır südün,Qulağımda qalıb hər öyüdün.Oğluna, qızına ay etibarlı ana,Nəfəsi gül kimi, qəlbi baharlı ana,Əziz ana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring