Qara gözlü, şirin sözlü,Al yanaqlı, gözəl qız.Hər gün sizin güllü bağdaŞeyda bülbül olaydım.Ay gözəl qız, ay qəşəng qız.Bağçamıza gəlibsən.Gül əlinlə gül dərəndəMən də bir gül olaydım.Çoxdur sözüm, necə dözümHəsrətinə, gözəl yar?Harda olsan, təmiz qəlbimSəni deyib arzular.

Bir diləyim, bir arzum var,Dinlə məni, ey nigar:Kaş ki, sənin saf sinəndəOdlu könül olaydım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love