Şəhla gözlüm
Həsrətinlə gecə-gündüzŞölə çəkib, yanıram mən.Sənin şəhla gözləriniBəxt ulduzu sanıram mən...
NəqarətSəsimi dinlə,Gəl, şirin sözlüm,Ey şəhla gözlüm!
Bir adətdir əzəl gündən;Könül sevən gözəl olar.Sənin şəhla gözlərindəEşqimizin atəşi var.
Saf eşqimiz bir bahardır,Mən bülbüləm, sən də çiçək.Qızarır al yanaqlarınDan yerinin şəfəqitək.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-sehla-gozlum
Use ← → keys to move, R for a random poem