Niyyətin nədir?
Mən səni eşqimə yeganə sandım,Dolandım başına pərvanə kimi.Bahar qaranquşu, tər bənövşə təkSənə bəxş elədim mən öz qəlbimi.
NəqarətÇıxdım dan yerinin tərlan seyrinəSənə nərgiz dərdim, tər lalə dərdim.Bilsəydim, gəldiyin dağ yollarınaƏlvan çiçəklərdən xalı sərərdim.İnsaf elə, sevgilim, gəl,Dinlə bir, ey gözəl,Sənə sözüm var,Ey nazlı nigar!Sənsiz könül mülkü bir əfsanədir,Aç söylə, bəs sənin niyyətin nədir?
Sənsən, ey gözəlim, söhbətim, sözüm,Gəl yaşat eşqimi ürəyində sən,Hayana getsən də ey xumar gözlüm,Bu odlu aşiqin ürəyindəsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-niyyetin-nedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Könül bulanmaz imiş etibar olan yerdəKönül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
ما دل به دست مهر تو زان باز دادهایمکهاندر طریق عشق تو گرم اوفتادهایم
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram