Ərköyünlər
Evdə iki dəymədüşər...Nə danlayın, nə öyün.Biri nəvə,Biri nənə –İkisi də ərköyün.
Biri təzə ayaq açır,Min qilü-qal qaldırır,Hər gün evəKörpə nəvəBir oyuncaq aldırır.
O birinə gəlin baxır,Lap qumaş da geyinir.Ancaq yenəQoca nənəDodaqaltı deyinir.
Qulluğunuz göz üstdədir,Qınamayın heç bizi.Ay nəvələr,Ay nənələr,Vallah, sevirik sizi!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-erkoyunler
Use ← → keys to move, R for a random poem