Əllərini alaraqmən öz isti ovcuma,Mixək gülü bağladımsaçlarının ucuna.Dalğalı hörükləriqollarıma dolaşdı,Nə o dindi, nə də mən.gecə yarıdan aşdı.Dənizin şehi qondukirpiyinə damla tək.O şümşad əllərinitellərimə çəkərək,Sahil qayalarındandənizə baxdı, baxdı.Sularda eşqimizinqoşa yelkəni axdı.Bu dilsiz anlarımızbilsən necə uzandıQara bir hörük kimibu lal gecə uzandı.Ulduzlar suya düşdü,milyon-milyon damcı tək.Külək onun saçınıoynatdı bir qamçı tək.Abşeron sahillərialatoran görünçəkSevgilim “Sağ ol” deyəsıçradı bir maral tək.Əllərimdən üzüldüonun əsmər telləri,

Şehli qumlar üstünəiz saldı ləpirləri...Dan yeri tək ağardıbu ağ kəlağaylı qız.

Yalçın qayalar üstədayandım yenə yalqız.O qız min bir fərəhləqayıtdı evlərinə.Çünki könül vermişdiöz gələcək ərinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets