Nəğmə

Göz yaşının qəzəb odu,– Üsyan! – dedi zamanına.Hər günün min əzab oldu,Düşdün fikrin ümmanına.

NəqarətTürbənə yay gül ətirli səsimi,Əsirlərin söz sərrafı Nəsimi...

Haqsızlığı qamçıladın,Azdın mahnı dəryasında,Ürəyindən qan çilədin,Dövranın daş aynasına.

NəqarətTürbənə yay gül ətirli səsimi,Əsrlərin söz sərrafı Nəsimi...

Vəsf etdikcə elimizi,Sən öz könül rübabında,Sevdin ana dilimizi,Şeir-sənət kitabında.

NəqarətTürbənə yay gül ətirli səsimi,Əsirlərin söz sərrafı Nəsimi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring