Qatar iti gedirdi,Yolları qət edirdi...Gecə yarı...Kupelər sönmüşdübaşdan-başa.Ancaq bir pəncərədən,İşıq qonurdu hərdəntorpağa, daşa.

Tərləmişdi aynalar payızın nəfəsindən.Parovozun səsindən;İki gəncin yuxusuTamam qalxmışdı ərşə.Söhbətin kələfinə qorxurdum düyün düşə.

Dəqiqələri udub,Özlərini unudub –Onlar söhbəti eldən-obadan salmışdılar.Yaman dil var bu qızda:– Bura bax, tarlanızda,Nə qədər “ağ qızıl” var?– Soruş ki, “ağ qızıl” dərən qızlar necədir?– İşıq olsa baxardım.– Gözün görməz, gecədir.– Sizdə bütün qızların sifəti dolğun olur?– Yoxsa sizdəkilərin yanağı solğun olur?– Şərt nə gül yanaqdadır,Nə də çatma qaşdadır.Şərt...– Bilirəm, ay oğlan,Ağıldadır, başdadır.

– Bu ağılla, bu başla təki elə şöhrət ol,Deyiklin də yoxdursa, yaxşısına qismət ol.– Mən hələ...– Subaysanmı?– Adını da bilmirəm...– Hə, deyimmi?– Bura bax,Gəl elə ikimiz də sözü burda qurtaraq!.....Onlar susdu bir qədər.Mahnı dedi təkərlər...Onlar düzə baxdılar,Birdən necə oldusa, lap göz-gözə baxdılar...Onlar iki mahalın yüz şənindən danışdı,(Onlar deməsəydi də bizə çoxdan tanışdı).Onlar bircəBu gecəƏsil sözü demədi.Məndən soruşmayın siz, soruşmayın o nədi?Onu sübhün küləyiÜfüqlərə yayırdı.Təkərlər də yollara “sevgi” pıçıldayırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets