Dəydi saçlarıma bahar küləyi,Nazəndə sevgilim, yadıma düşdün.Hərənin baxtına bir gözəl düşər,Sən də təkcə mənim adıma düşdün,Nazəndə sevgilim, yadıma düşdün.

Sənsiz dağ döşünə çıxdım bu səhər,Ötdü qumru kimi gur şəlalələr.De, niyə yalqızsan, sordu lalələr,Qövr etdi niskilim, yadıma düşdün,Nazəndə sevgilim, yadıma düşdün.

Bir müddət dost kimi gəzdik yanaşı,İncitdim qəlbini, mən oldum naşı.Sənsiz, ey gözəlim, bağrımın başıOldu dilim-dilim, yadıma düşdün,Nazəndə sevgilim, yadıma düşdün.

Gözlərim yoldadır, qulağım səsdə,Səni unutmaram mən son nəfəsdə.Ey ceyran baxışlım, ey boyu bəstə,Ey tazə-tər gülüm, yadıma düşdün,Nazəndə sevgilim, yadıma düşdün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets