Badamlı kəndindən bir az kənarda,“Qara yal” dağları deyilən yer var.“Pətəkli quzeydə” yayda, baharda,Başında saxlayır nübar üçün qar.

Axır “Şada çayı” dağlar dibindən,Bir az yuxarısa sıx meşəlikdir.Gəzirəm bu yeri qarış-qarış mən,Nə kövşən, nə də ki, süpürgəlikdir.

Əlvan gül-çiçəklə doludur hər yan,Bu kəklik otudur, bu isə çaşır.Yayır öz ətrini nanə, gül, yovşan,Arılar güllərdən-gülə daraşır...

Elə bu yerdəsə qaynayır hər an,Elin ad verdiyi bir “Sonsuz quyu”.Narzan suyu kimi qiymətli olan,Bizim Naxçıvanın “Badamlı suyu”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring