Talış dağlarından meh əsir sərin,Qayalar sıldırım, dərələr dərin.Baxdıqca insanı alıb aparırƏyri olayların, hamar düzlərin.

Sevdim yaz ayını, payız ayını,Gördüm karvan-karvan düyü tayını.Dola belimizə öz əllərinləGümüş kəmər kimi “Viləş çayını”.

Qoynunu dərəli, təpəli gördüm,Qızıl sünbülünü ləpəli gördüm.Əhdi, sədaqəti, dəyanəti mənAna torpağından öpəli gördüm.

Uzanıb getdikcə tər biçənəklər,Otlayır quzular, atlar, inəklər.Bir az yuxarıya düşür yolumuzBizə gəl-gəl deyir körpə tənəklər.

Tütünçü qız-gəlin səhərdən budur,Vurhay yarpaq dərir, yarpaq qurudur.Car çəkib kükrəyən kür kəhrizlərinElə bil dağların buzlu suyudur.

Seyri nəyə dəyər kiçik kol-kosun?Min bir palıdın var, gövdəsi yosun.Sənə həyat verən mərd oğulların,Görüm palıd kimi əyilməz olsun!

Ovçu bərədədir, tazı gözləyir,Ördəyi hürküdüb, qazı gözləyir.Çöldə iynə-iynə çıxan taxıllarQardan yorğan örtüb, yazı gözləyir.

Qışına, yazına şeir yazıram,Ürəyim qələmə deyir, yazıram!İslamam, açılan səhərlərinəXeyir diləyirəm, xeyir yazıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets