Axı necə oldu ki...
Hərdən nağıl eylədikcə mən döyüş illərimi,Sevgilim mehribanca oxşayıb tellərimiSoruşur: – Bircə söylə, dörd il yağışda, qardaGah nəmli səngərlərdə, gah qanlı səhralardaŞaxtalar çəkən zaman şəmşiri qəsdinizəAxı necə olurdu soyuq dəymirdi sizə? –Deyirəm:, – Ey sevgilim, bunu söyləyəm gərək,tufana, çənə qarşı,bir də düşmənə qarşı,Canımız da bərk idi o vaxt iradəmiz tək!..
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-axi-nece-oldu-ki
Use ← → keys to move, R for a random poem