Dəlidağın ətəyində göz açan,Kəlbəcərdə ləpir salıb, iz açan.Min məclisdə söhbət açan, söz açan,Ələsgərtək nüfuzlusan, İstisu.Nə dadlısan, nə düzlusan, İstisu.

“Gəlin qaya”, “Əsmər bulaq”, göy çəmən,Qız-gəlinin geyib gəzir göy kətan.Sazlı-sözlü qonaq gəlir Göyçədən,Sən ondan da avazlısan, İstisu,Nə dadlısan, nə duzlusan, İstisu.

Çaxan şimşək buludunun gülüşü,Tərtər çayın kəmərindir – gümüşü.Tamaşadır min çadırlı dağ döşü,Sən söhbətli, sən sazlısan, İstisu,Nə dadlısan, nə duzlusan, İstisu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring