Neft
Neft –bütün yer üzündə,bir əbədi həyatdır...Neft –uçan raketlərəqırılmayan qanaddır.
Neft –əsrin surətidir,paytaxtımın işığı.Neft –doğma Abşeronun,gözəllik yaraşığı.Neft –ağ tüldür, ipəkdir.gözəllərin əynində,gülü çiçək-çiçəkdir.Neft –yüz milyon çıraqlıBakının çələngidir.Neft –dalğalı Xəzərinən güclü pələngidir.Neft –bulaqlar, bulağıgur çayların çayıdır.Neft –sahilsiz dəryadır,Xəzərin öz payıdır.
Qayna, “qara qızıl”ım,Damarımda qayna sən.Gecələrə ulduz ol,Gündüzlərə ayna sən.Səni dəfinələrdənÇıxaran igidlərə;Alqış!Alqış deyirəm,Min kərə, milyon kərə!..
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-neft
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.