Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.

Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər,Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş.

Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhalHüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş.

Demə kim üşşaq qanın tökməyə qəmzən kimiQatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib,Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love