Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Aşikar eyləməyincə ürəyim qan olacaq.

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbüli-biçarəyə gül,Nə qədər bəs o fəqirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa, yenə çarəsi var,Ayrılıq dərdinə, bilməm, necə dərman olacaq?

Öz xoşumla o qara zülfə əsir oldum özüm,Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götür məscidi, zahid, bizə meyxanəni ver,Kim bu işdə görək axırda peşiman olacaq?!

Hələ, Vahid, meyə meyl eyləmə, qoy gəlsin o gül,Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love