Könül, biz aşiqik, eşq ilə iftixar edirik
Könül, biz aşiqik, eşq ilə iftixar edirik,Bu iftixarimizi xəlqə intişar edirik.
Həyata zövq verən eşqdir, məhəbbətdir,Bununla könlümüzü biz də bəxtiyar edirik.
Sədaqət anlamayan kəsdə etibar olmaz,Sədaqət əhlinə ancaq biz etibar edirik.
Bizik öz əsrimizin indi əsil Məcnunu,Bütün gözəllərə eşq içrə can nisar edirik.
Bizim məhəbbətimizlə gözəlləşir aləm,Bu zövq ilə vətəni daima gülzar edirik.
İndi ömr sürürük sülh ilə, ədalət ilə,Bütün cahanda sülh sözün şüar edirik.
Bu şeri, Vahid, Əbülfətdən ötrü yaz oxusun,Gözəl vətənmizə bu şeri yadigar edirik.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-konul-biz-asiqik-esq-ile-iftixar-edirik
Use ← → keys to move, R for a random poem
More by this author
Gəldi qəmdən gözəlim qurtara divanəsini,Gördü öz şəminə yandırdığı pərvanəsini.
Ləbindən aşiqə olsaydı istifadə yeriLəbindən aşiqə olsaydı istifadə yeri,Qədəhdə qanə dönüb qalmaz idi badə yeri.
Sanma cahanda əhli-vəfa məhliqaləriSanma cahanda əhli-vəfa məhliqaləri,Bietibar olurmuş hamı, yox vəfaləri!
Ey dil, unutma zülm eləyən məhliqaləriEy dil, unutma zülm eləyən məhliqaləri,Onlardır eşq əsiri edən binəvaləri.