Biz bir qatar tutiyi-şirinsuxənlərik
Qəzəl böyük ədib və şair Hüseyn Cavidə ithaf edilmişdir
Biz bir qatar tutiyi-şirinsuxənlərik,Öz nəğməmizlə ziynəti-sərvi-çəmənlərik.
Gülüzlülər təranəmizin həsrətin çəkir,Baği-vətəndə bülbüli-xoş nəğməzənlərik.
Bir kimsə bilməyir nə xərabatilərdənik,Meyxanələr müsafiri rindi-kühənlərik.
Bizdən, həmişə zövq alıb ərbabi-mərifət,Biz əhli-halə ətr saçan yasəmənlərik.
Məşuqəmiz həqiqi Züleyxayi-ərdir,Eşq aləmində Yusifi-gülpirəhənlərik.
Lövh üzrə pirimiz bizi yazmış şəhidi-eşq,Meydani-ədli-daddə gülgün kəfənlərik.
Cavid həmişə xəlqimizin xatirindədir,Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-biz-bir-qatar-tutiyi-sirinsuxenlerik
Use ← → keys to move, R for a random poem
More by this author
Firqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.
Saldı hicran oduna ol büti-məhparə məniSaldı hicran oduna ol büti-məhparə məni,Eylədi zülfütək hicridə günü qarə məni.
Bir qələm qaşlı nigarın qəmi lal etdi məniBir qələm qaşlı nigarın qəmi lal etdi məni,Xəm qılıb qəddimi, manəndi-hilal etdi məni.
Sənsiz, ey gül, demə biganələr ağlatdı məniSənsiz, ey gül, demə biganələr ağlatdı məni,Bəzi uydurmalar, əfsanələr ağlatdı məni.