Saldı hicran oduna ol büti-məhparə məni
Saldı hicran oduna ol büti-məhparə məni,Eylədi zülfütək hicridə günü qarə məni.
Dərdi-tüğyanimə bica yerə zəhmət çəkmə,Tari şahiddi, təbib, öldürdü bu yarə məni.
Qıldı könlüm quşunu həlqeyi-zülfündə əsir,Var xəyali, çəkə Mənsur kimi darə məni.
Səri-kuyində vətən qılmış idim dildarın,Üzdü vəslindən əlim, eylədi avarə məni.
Məntək aləmdə qəmü dərdə giriftar olsun,Kim ki, həsrət qoyub ol məhvəşi-dildarə məni.
Sən bu hüsnilə Züleyxayi-cahansan, ey məh,Nola, eşqin çəkə Yusif kimi bazarə məni.
Vahida, zülfi-nigarim kimi incəldi tənim,Bənzədir kim görə ol zülfdə bir tarə məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-saldi-hicran-oduna-ol-buti-mehpare-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Netmişəm məndən, əya sərvi-rəvan, ayrıldın,Eylədin gülşəni-ömrümü xəzan, ayrıldın.
Meydənmi qızarmış, gözəlim, arizi-alınMeydənmi qızarmış, gözəlim, arizi-alın,Ya əks salıb sağərə xurşidi-cəmalın?
Şərəfdir aşiqə ölmək yolunda cananınŞərəfdir aşiqə ölmək yolunda cananın,Əsiri birdəm olunca bəlayi-hicranın.
Nə gözəlsən, gözəlim, hər kəs olur heyranın!Nə gözəlsən, gözəlim, hər kəs olur heyranın!Yıxacaqsan bu gözəlliklə evin dünyanın.
Poems by other poets · Love
صبرم کم و عشق هر زمان افزونست
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
Təkamüli-mə'kus və ümmidi-pərişanBir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri