Bir qələm qaşlı nigarın qəmi lal etdi məni
Bir qələm qaşlı nigarın qəmi lal etdi məni,Xəm qılıb qəddimi, manəndi-hilal etdi məni.
Edirəm bəs ki xəyalın bu qara gözlülərin,Bu xəyal axırı məbhuti-xəyal etdi məni.
Əşki-gülgunim ilə çöhreyi-zərdim boyanıb,Qana dönmüş bu gözüm mərdümi al etdi məni.
Kimə yetdimsə, ləbin sirrini sordum ondan,Xalq arasında əcəb əhli-sual etdi məni.
Bəsteyi-zülfü olandan bəri ol mahvəşin,Çərxi-sərgəştəvi-bisəbri-cəmal etdi məni.
Azərə, olmadı bir kimsə, sora hali-dılım,Çün fələk qərğeyi-girdabı-məlal etdi məni.
Evi abad ola aləmdə yenə Mümtazın,Sordu əhvalımı, fərxəndeyi-hal etdi məni.
Mənə baxşayişi yetdi o kərəm sahibinin,Öylə kim sahibi-pür cahü cəlal etdi məni.
Dilərəm, bir sənin ehsanını aləmdə görüm,Arizu gör necə bir fikri-məhal etdi məni.
Vahida! Gərçi həqirəm, vəli çoxdur qədrim,Nola gər çərx dəxi əhli-sual etdi məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bir-qelem-qasli-nigarin-qemi-lal-etdi-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?
Mərdümi-çeşmim edib mişksifət zülfü vətənMərdümi-çeşmim edib mişksifət zülfü vətən,Dami-səyyadidə san bənd olub ahuyi-Xütən.
Gəl, ey fəraqı məni zarü biqərar eləyənGəl, ey fəraqı məni zarü biqərar eləyən,Bəlalı başımı yüz qəmlərə düçar eləyən.
Ey könül, ol şuxə canan mən deməzdim, sən dedinEy könül, ol şuxə canan mən deməzdim, sən dedin,Can belə canana qurban mən deməzdim, sən dedin.
Poems by other poets · Love
Şair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,