Ey könül, ol şuxə canan mən deməzdim, sən dedin,Can belə canana qurban mən deməzdim, sən dedin.

Kim bilirdi ləli-cananın səfabəxş olduğun?Böylə sirri xəlqə pünhan mən deməzdim, sən dedin.

Naz ilə min can alan məhrulərin gül ləblərinAşiqin dərdinə dərman mən deməzdim, sən dedin.

Məh üzün xurşidə bənzətdim, hilalə qaşların,Var sənin fikrində nöqsan, mən deməzdim, sən dedin.

Hər gülüzlü dilbərin düşmə xəyali-zülfünə,Qəlbini eylər pərişan, mən deməzdim, sən dedin.

Əsri görmür, indi də cənnət təmənnasındadır,Zahidi-bizövqə nadan mən deməzdim, sən dedin.

Zülfi-canandan əl üzmüş, sanki bir divanədirVahidin haqqında böhtan mən deməzdim, sən dedin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love