Məni həmişə, gülüm, xari-ruzigar elədin
Məni həmişə, gülüm, xari-ruzigar elədin,Rəqibə məxfi olan sirrim aşikar elədin.
Bəlayi-eşqə düçar olmaz idim aləmdə,Məni bu dərdü bəlayə ki sən düçar elədin.
Rəqibi məhrəm edibsən hərimi-kuyində,Nə vəchlə məni o bəzmdən kənar elədin?
O dami-zülfünə səyyadtək könül quşunuSalıb kəməndinə, ey ahuvəş, şikar elədin.
Rəqib xanəsini ruzü şəb qılıb rövşən,Mənim günümü nədən boylə tirətar elədin?
O çin zülfünə mişkin dedim, xəta qıldım,Məni görəndə Xütən seyditək fərar elədin.
Bu əhd ilə qəzəli sən ki yazmısan, Vahid,Hüzuri-məclisi-əhbabə bərgüzar elədin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-meni-hemise-gulum-xari-ruzigar-eledin
Use ← → keys to move, R for a random poem
More by this author
Ölməzdim, əgər sən kimi bir dilbərim olsa,Bir afəti-can, şuxi-mələkmənzərim olsa.
Yar əgər mehrü vəfanı düşünən yar olsaYar əgər mehrü vəfanı düşünən yar olsa,Qəm deyildir, bütün aləm bizə əğyar olsa.
Zülfünə mişki-xəta söylədi dil, qıldı xətaZülfünə mişki-xəta söylədi dil, qıldı xəta,Zülfünün bir telinə müşk ola bilməzdi bəha.
Gəlməsəydi, gözəlim, sən kimi canan QubayaGəlməsəydi, gözəlim, sən kimi canan Qubaya,Deyən olmazdı, inan, bağı-gülüstan Qubaya.
Poems by other poets · Love
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
سالک از منزل نزدیک شکایت داردشوق را سست کند ره چو نهایت دارد