Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta
Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta,Zülfünün bir telinə müşk ola bilməzdi bəha.
Dili-pürxunimə min yarə vurub qəmzən oxu,Ney kimi cismimə vurduqca edər ahü nəva.
Dönə-dönə ürəyim qan olu gördükdə ləbin,Ləli-nabindən alıb baqidə gül zövqü səfa.
Taği-qaşın kimi xəm oldu qəddim gördükdə,Səcdə etdikdə o xəm qaşına, ey mahliqa!
Zülf tək incəlib hicrində bu nazik bədənim,Var ümidim, yetirə vəslə məni badi-səba.
Səri-kuyində gədalıqda qəbul eylə məni,Kim ki şah olsa, nigarım, ona lazımdı gəda.
Müttəsil Vahidə cövr eyləmək olmuş karın,Bəsdi bu zülmü əziyyət, bu qədər cövrü cəfa.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-zulfune-miski-xeta-soyledi-dil-qildi-xeta
Use ← → keys to move, R for a random poem
More by this author
Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənim,Mən gədayi-eşqinəm, sən padişahimsən mənim.
Gəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənimGəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənim,Bir güli-rənayə bənd olmaq xəyalım var mənim!
Hicrin yetirdi aşiqini canə, dilbərimHicrin yetirdi aşiqini canə, dilbərim,Canlar fədadı sən kimi cananə, dilbərim.
Bilməm, nə oldu, qoydu məni, getdi dilbərimBilməm, nə oldu, qoydu məni, getdi dilbərim,Ağlar göz ilə aşiqi tərk etdi dilbərim.
Poems by other poets · Love
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,