Yar əgər mehrü vəfanı düşünən yar olsa
Yar əgər mehrü vəfanı düşünən yar olsa,Qəm deyildir, bütün aləm bizə əğyar olsa.
Əhli-dil zövqü səfanı ləbi-canandan alır,Zülmdür aşiqə, cananı dilazar olsa.
Var nə qəm, gözlərinin xəstəsinə yoxdur əlac,Ləblərin çarə edər, hər necə bimar olsa.
Zülfü, xalı o məhin göz yaşım eylər rövşən,Gecə aydınlıq olar, sabitü səyyar olsa.
Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm,Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa!
Gözlərin şövq ilə qan tökməyə çox rağibdir,Məstdir, bunca xəta eyləməz, huşyar olsa.
Var ümidim mənə, Vahid, daha zülm eyləməyəHali-zarımdan o məhparə xəbərdar olsa.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yar-eger-mehru-vefani-dusunen-yar-olsa
Use ← → keys to move, R for a random poem
More by this author
Düşəndə türreyi-dilbər xəyalə axşamlar,Məhəbbət əhli düşər min məlalə axşamlar.
Sən əgər olmasan, ey gül, mənə canan kim olar?Sən əgər olmasan, ey gül, mənə canan kim olar?O xumar gözlərinə valehü heyran kim olar?
Məh cəmalından, nigarim, əbri-zülfün qıl kənarMəh cəmalından, nigarim, əbri-zülfün qıl kənar,Çahi-zülmətdən tülu etsin gün, olsun aşikar.
Dövri-ruyində saçın hərb nizamində durarDövri-ruyində saçın hərb nizamində durar,Gözlərin mərdumi nəzmiyyə məqamində durar.
Poems by other poets · Love
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
عاشقی محنتِ بسیار کشیدتا لبِ دِجله به معشوق رسید
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,