Dövri-ruyində saçın hərb nizamində durar
Dövri-ruyində saçın hərb nizamində durar,Gözlərin mərdumi nəzmiyyə məqamində durar.
O kəs əbrulərinin vəhmi könüldən getməz,Bənzər ol tiqə ki, peyvəstə niyamində durar.
Mərdümi-çeşminə kirpiklərin eylər təzim,Gəlsə sərkərdə, qoşun əhli səlamində durar.
Dil gözündən yana qaçmaz saçın ənduhindən,Bənzər ol bəsteyi-zindanə ki, zamində durar.
Yar üçün eşqdə minlərlə bəla çəkdi könül,Yenə öz sevdiyi məqsudü məramində durar.
Parlayar çöhreyi-qəsrində səadət günəşi,Hər kimin dəhrdə dövlət quşu damində durar.
Göstərir Vahid həqiqətdə cəmali-yari,Saqinin mey dolu hər əksi ki, camində durar.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dovri-ruyinde-sacin-herb-nizaminde-durar
Use ← → keys to move, R for a random poem
More by this author
Mən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.
Sənsiz səmadə olsa mələklərlə ülfətimSənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Aşiqə bülbüli-şeyda deməyim, bəs nə deyim?
Bir sən kimi vəfasız olan yarə neyləyimBir sən kimi vəfasız olan yarə neyləyim,Canan ki verdi könlünü əğyarə, neyləyim?!
Poems by other poets · Love
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.