Sənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.

Mehri-rüxünlə bağı-həyatım səfalənir,Ah eylərəmmi, vəslin əgər olsa qismətim.

İncitsə firqətin məni, səbrim tükənsə də,Şövqi-rüxünlə vəslinə artar məhəbbətim.

Sənsiz ənisim huri ola, mail olmaram,Rahi-vəfadən hərgiz əyilməz təbiətim.

Afətmi, nəşəmi, nə bilim sirri-eşqimi?Fəth eyləmiş bu könlüm evin, yox fərağətim.

Olmaz bəşərdə sən kimi bir nazənin nigar,Hurimisən, mələkmisən, ey nazlı afətim?

Vahid, həmişə xəlqimizin xeyrxahiyəm,Getdikcə günbəgün çoxalır qədrü qiymətim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love