Olmuşam bir bimürüvvət yar əlindən dilfikar,Eylərəm cövrü cəfasından o şuxin ahü zar.

Şəksiz, aləmlər olur rövşən əgər zülmət isə,Əbri-zülfün eyləsə ol mahim üzündən kənar.

Aşiqi-dil xəstəyə verməz zəkati-hüsnünü,Sayilə, bu rəsmdir kim, lütf qılsın tacidar.

Ey könül, səbr et xəzani-hicrə, adətdir bu kim,Ruzi-əzzəldən yazıblar hər xəzanə bir bahar.

Dilbəra, püstanmidir, sinədə ol təppə nədir,Ya ki, sərvə yel dəyib, gülşəndə titrər iki nar?

Dami-zülfün, danə xalındır, məgər ruyin çəmən,Gözlərin səyyadtək dil mürğünü eylib şikar.

Vahida, yaz bu sözü gər yoxdu, qeyri mümkünün,Ta hüzuri-Vaqifi ustadə eylə bir güzar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love